Ana Sayfa > Siyasət > Ərdoğanın andiçmə tarixi AÇIQLANDI - 22 ölkə başçısı Ankaraya gedir
Ərdoğanın andiçmə tarixi AÇIQLANDI - 22 ölkə başçısı Ankaraya gedir7-07-2018, 12:12. Yazar: sevinc1 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasiminin və Nazirlər Kabinetinin ilk iclasının vaxtı açıqlanıb. Modern.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, andiçmə mərasiminin iyulun 9-da, kabinetin ilk iclasının isə iyulun 13-də baş tutacağını bildirilib. Ərdoğan seçkilərdən sonra ilk dəfə AK parti qrup toplantısında çıxış edərək and içmə mərasiminə 22 ölkə başçısının, o cümlədən 17 baş nazirin qatılacağını qeyd edib. Andiçmə mərasimindən sonra həmin gün saat 21-də isə yeni kabinetin üzvlərinin adları açıqlanacaq. İyulun 13-də isə Nazirlər Kabinetinin yeni hökumətdə ilk iclası keçiriləcək. Andiçmə gününün sabahı - yəni iyulun 10-da Türkiyə prezidenti ilk xarici səfərini Azərbaycana və Şimali Kıpr Türk Respublikasına edəcəyini bəyan edib. “Bizə yorğun deyənlərin, bizim necə idmançı olduğumuzdan xəbərləri yoxdur” - Ərdoğan bildirib. Qeyd edək ki, parlament sisteminin son baş naziri olan Binəli Yıldırım Ərdoğanın çıxışından sonra ondan halallıq istəyib. aia.az Geri dön |