Ana Sayfa > Manşet / Ölkə > Ağstafa – inkişaf sürətlənir
Ağstafa – inkişaf sürətlənir6-07-2018, 17:29. Yazar: sevinc1 |
Rayon İcra Hakimiyyətinin rəhbərliyi dövlət tapşırıqlarının səmərli icrasını yüksək səviyyədə təmin edir Saytımızın elektron ünvanına daxil olan çoxsaylı məktublardan belə bir qənaətə gəlmək olur ki, ötən saylarımızdan birində dərc olunmuş “Ağstafa – şanlı keçmişimiz, şərəfli bu günümüz, parlaq gələcəyimiz” sərlövhəli məqalə Ağstafada rəğbətlə qarşılanmış, maraqlı müzakirələrə səbəb olmuşdur. Həmçinin daxil olan məlumatlarda oxucularımız tərəfindən, eləcə də bəzi rəsmi mənbələrdən rayonda əldə olunan son nailiyyətlər barədə təfərrüatlı açıqlamalar təqdim olunur. Bütün bunları nəzərə alaraq, biz də mövzunu davam etdirməyi və Ağstafada dinamik şəkildə davam edən mütərəqqi prosesləri saytımızda bir daha işqlandırmağı qərara aldıq. 7 sahə üzrə 17 tədbir… Cari ilin 30 iyun tarixində keçirilmiş Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş tərkibli iclasında Ağstafa rayonunda 7 sahə üzrə 17 tədbirin həyata keçirilməsi nəzərdə tutulduğu qeyd olunmuşdu.Vurğulanmışdı ki, rayonda bu tədbirlərin icrası əsasənqəbul olunmuş plana uyğun şəkildə, uğurla həyata keçirilmişdir. Daxil olan məlumatlarda bildirilir ki, Ağstafa rayonu üzrə 2018-ci ilin ötən dövrü ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində 430 yeni iş yerləri yaradılmışdır. İşə cəlb olunanların 96 faizi daimi işlərdə işləyənlərdir. Müasir çörək istehsalı müəssisəsinin yaradılmasının dəstəklənməsi məqsədilə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci layihəsini təşkil edən Ağstafa Aqrar Sənaye Kompleksinin tikintisi işləri sürətlə davam etdirilir. Layihə üzrə paxlalı bitkilərin toxumu istehsalı zavodunun, çeşidləmə-qurutma və saxlama anbarının, dəyirman kompleksi, çörək və yarım fabrikat zavodunun, makaron zavudunun, 2400 kv metr sahədə müasir ticarət mərkəzinin, “Aqrar market” və “Fast Food” tipli iaşə obyektinin, 280 oturacaq yeri olan çox funksiyalı multifunksional konfrans, sərgi, 4 K sinema zalının və 130 yerlik yeraltı avtomobil dayanacağının inşası işləri sürətlə davam edir. Cins heyvandarlıq, tingçilik, meyvəçilik, iri taxılçılıq və üzümçülük sahələrinin inkişafının dəstəklənməsinin həyata keçirilir. Meyvəçiliyin inkişaf etdirilməsi üçün soyuducu anbar və istixana kompleksləri, meyvə qəbulu və meyvə şirəsi istehsalı müəssisəsi, müasir anbar binaları, ərik, xurma və üzüm bağlarının salınması üçün “Karvan-L EKO” MMC tərəfindən Sənaye parkında tikinti işləri davam etdirilir. Rayonda İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar 3800 hektar torpaq sahəsi ayrılmış və sənədləşmə işləri aparılır. Üzümçülüyün inkişafı ilə əlaqədar 92 hektar sahədə süfrə sortu olan yeni üzüm bağları salınmışdır. Daim yenilənən yol infrastrukturu... Bu gün Ağstafada yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yenidən qurulması, tikintisi və körpülərin əsaslı təmiri işləri də uğurla davam etdirilir. O cümlədən Ağstafa çayının üzərində, Poylu qəsəbəsində, Kür çayı üzərində, “Acı dərə” üzərində avtomobil körpülərinin, Ağstafa şəhərində yol ötürücüsü tikilib istifadəyə verilmişdir. Ağstafa-Köçəsgər, Vurğun-Köhnəqışlaq, Soyuqbulaq-Tinglik, Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yollarının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Vurğun-Köhnəqışlaq avtomobil yolunda Sağ sahil kanalı üzərində körpü yenidən tikilmiş və Köhnəqışlaq kəndində Həsənsu çayı üzərindəki körpü təmir olunmuşdur. Rayonun Kolayır-Düzqışlaq-MollaCəfərli-Xılxına-Qarahəsənli avtomobil yollarının yenidən qurulması həyata keçirilir. Elektirifikasiya və qazlaşdırmadan rabitə və informasiya texnologiyalarına doğru... Ötən dövr ərzində rayonun elektrik enerjisi, istilik, qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlər davam etdirilib. Pirili, Qırılı, Saloğlu, Soyuqbulaq, Köçvəlili, Soyuqbulaqlar, Muğanlı, Sadıqlı, Ağgöl, Böyük Kəsik kəndlərinə və Qarayazı, H.Aslanov qəsəbələrinə təbii qaz verilib. Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilmiş, torpaqların su təminatının yaxşılaşdırılması üçün 2018-ci ilin ötən dövrü ərzində 16 ədəd hidrotexniki qurğu, 5 ədəd hidropost, 1 ədəd nasos stansiyası, 9.0 km kanalların cari təmiri, 1 ədəd dükker, 3 ədəd selötürən, 2 ədəd suayrıcı, 1 ədəd səviyyəqaldırıcı, 0.4 km kanalda əsaslı təmir işləri görülmüşdür. Rayonun 8 yaşayış məntəqəsində 12 ədəd yeni subartezian quyuları istismara verilmişdir. Hazırda 7 ədəd subartezian quyularının qazılması işləri başa çatdırılmışdır.Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində Ağstafa şəhərində, Vurğun qəsəbəsində və Dağ Kəsəmən, Qırılı, Aşağı Kəsəmən, Zəlimxan, Köçəsgər, Göycəli, Aşağı Göycəli, Eynallı, Həsənsu, Poylu, Qıraq Kəsəmən, Düzqışlaq, Böyük-Kəsik, Sadıqlı kəndlərində DSLAM avadanlıqları quraşdırılmışdır. Bu arada belə bir məqamı da xüsusilə vurğulamaq istərdik ki, bu gün Ağstafada gedən mütərəqqi proseslərin effektiv olmasında, həm də rayon rəhbərliyinin öz fəaliyyətini birbaşa yerli sakinlərlə keçirilən məsləhətləşmələr, vətəndaşların arzu və istəklərinin nəzərə alınması prinsipləri üzərində düzgün istiqamətləndirə bilməsi vacib rol oynayır. Təbii ki, bu prinsiplər həm də Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən mütəmadi olaraq keçirilən səyyar görüşlər zamanı formalaşır. Növbəti materiallarımızda Ağstafa RİH rəhbərliyinin mütərəqqi iş üsullarında daha ətraflı söhbət açacağıq. aia.az Mahir Həsənov Geri dön |