Ana Sayfa > Manşet / Təhsil > TƏHSİL NAZİRİNİN ƏMRİ GDU-DA NİYƏ YERİNƏ YETİRİLMİR?

TƏHSİL NAZİRİNİN ƏMRİ GDU-DA NİYƏ YERİNƏ YETİRİLMİR?


6-07-2018, 15:24. Yazar: sevinc1
TƏHSİL NAZİRİNİN ƏMRİ GDU-DA NİYƏ YERİNƏ YETİRİLMİR?




Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli (protokol 15-K) iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Gəncə Dövlət Universitetinin Coğrafiya kafedrasının dosent əvəzi Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edilmişdir.Bu məsələ ilə bağlı olaraq universitetdə keçirilən iclasda aşağıdakı məzmunda qərarlar qəbul edilmişdir:

1.Əhmədli Arifə Abbasəli qızının "Torpaq coğrafiyası fənnindən çöl təcrübələrinin aparılmasına dair" metodik göstərişi plagiat hesab edilsin.

2.Yuxarıda adı çəklən dərs vəsaiti universitetin tədris prosesindən çıxarılsın.,habelə kitabxanadan ləğv olunsun.

3.Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 16.06.2016-cı il tarixli (protokol 15-K) iclasında tədris-metodik işlərində böyük həcmli plagiat faktı aşkar edildiyindən ekspert şurasının mənfi rəyi nəzərə alınaraq Əhmədli Arifə Abbasəli qızına coğrafiya kafedrasının dosenti elmi adının verilməsindən imtina edildiyindən Əhmədli Arifə Abbasəli qızı dosent vəzifəsindən baş müəllim vəzifəsinə keçirilsin.

4.Əhmədli Arifə Abbasəli qızının tədris-metodiki işlərində böyük həcmli plagiat faktlarının aşkar olunmasına görə Azərbayan Respublikası Təhsil Nazirliyinin 05.07.2016-cı il tarixli Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat hallarına qarşı mübarizə tədbirləri haqqında 464 saylı əmrinin 5-ci bəndini rəhbər tutaraq Arifə Abbasəli qızı Əhmədli ilə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Maraqlıdır,bu əmr bu günə kimi icra olunmamışdır.Deməli,Gəncə Dövlət Universitetində təhsil nazirinin əmrlərini sayan yoxdur,bu qərarlar yalnız kağız üzərində qalır.Deməli,bu universitet cəngəllik qanunları ilə idarə olunur.Müəllimliyə tam yarasız,ali təhsil haqqında diplomu saxta,elmi əsərləri saxta,dəfələrlə əlində rüşvət tutulmuş,qadına yaraşmayan nalayiq hərəkətləri dəfələrlə universitet elmi şurasında müzakirə obyekti olan,Yeni Azərbaycan Partiyasından qovulan və yenidən İslam partiyasına üzv qəbul edilən Əhmədli Arifə Abbasəli qızı üçün onun işlədiyi kafedranın razılığı olmadan yenidən dosent yeri üçün elan verilmişdir və o bu yeri tutmaq üçün sənəd təqdim etmişdir.Halbuki o bu yerə 5 ilə kimi sənəd təqdim edə bilməz.və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə baglı qərar qəbul edilmişdir.Fakültənin dekanı,bir müddət bundan əvvəl universitetin nəzdində qeyri-qanuni kollec tipli kurslar açaraq dövlət əmlakını taladığı üçün işdən qovulan,Rusiyanın bazarlarında göy-göyərti və Gürcüstan üzərindən ermənilərə benzin satan dekan Urfan Həsənov bu müəlliməni saxta yollarla fakültə elmi şurasına üzv belə seçdirmışdir.Maraqlıdır,bu biabırçılıqlara göz yumaraq təhsil nazirliyinin əmrlərinə tabe olmamaqda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun məqsədi nədir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

aia.az
Geri dön