Ana Sayfa > Karusel / Parlament > Bakıda özünü güllələyən polis zabiti xəstəxanada öldü
Bakıda özünü güllələyən polis zabiti xəstəxanada öldü6-07-2018, 11:26. Yazar: sevinc1 |
İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib. Trend-in məlumatına görə, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib. Mərhumun meyiti artıq ailəsinə təhvil verilib. Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi. R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər. aia.az Geri dön |