Ana Sayfa > Siyasət > Fuad Muradov: “Azərbaycan üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”

Fuad Muradov: “Azərbaycan üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”


5-07-2018, 12:01. Yazar: sevinc1
Fuad Muradov: “Azərbaycan üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”


“Azərbaycan üçün çalışan, Azərbaycan dövlətçiliyi üçün fəaliyyət göstərən diaspor təşkilatları birləşməlidir”.



Modern.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qurumun yaradılmasının 16-cı ildönümü ilə əlaqədar təşkil edilən tədbirdə deyib.


Komitə sədri bildirib ki, işlər o zaman effektli olar ki, birlikdə fəaliyyət göstərilsin.


Dövlət Komitəsinin sədri deyib ki, bir neçə istiqamətlər üzrə fəaliyyət olub.


"Biz Heydər Əliyevin diasporla bağlı fərman və sərəncamları bir daha gündəmə gətirdik və tezislər şəklində nəşr buraxdıq. Diasporla İş üzrə Dövlət Komitəsinin girişində Heydər Əliyevin büstü yaradılması vacib idi. Daxili nizam-intizam qaydalarının yaradılması üçün işlər həyata keçirildi. İlk xarici səfərimiz Türkiyəyə oldu, yerli soydaşlarımızla, eləcə də Rusiyanın Həştərxan şəhərində diaspor fəalları ilə görüşdük. Daha sonra Gürcüstan səfərimiz oldu. Yaxın zamanlarda isə Avropaya səfər nəzərdə tutulub".



O bildirib ki, sədr təyin olunduğu aprel ayından indiyədək müsbətə doğru bir sıra addımlar atılıb: “Komitə media nümayəndələri ilə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqda maraqlıyıq”.

F.Muradov qeyd edib ki, komitə bir sıra xarici ölkələrdə görüşlər keçirib. O bildirib ki, komitənin yeni loqosu, himni və diaspor xəritəsi hazırlanıb.

aia.az
Geri dön