Ana Sayfa > Ölkə > Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub - Nazirlik
Ölkə ərazisində rabitənin dayanıqlığı təmin olunub - Nazirlik3-07-2018, 12:19. Yazar: sevinc1 |
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub”. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aia.az-a məlumat verilib. Bildirilib ki, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib aia.az Geri dön |