Ana Sayfa > Səhiyyə > Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olundu

Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olundu


2-07-2018, 17:07. Yazar: sevinc1
Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olundu


Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, bu vəzifəyə Pərviz Abubəkirov təyin edilib.

S.Əhmədova əlavə edib ki, P.Abubəkirov artıq bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, P.Abubəkirov ANS-də “Cinayət işi” və İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı olub.

Xatırladaq ki, bundan öncə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Liya Bayramova öz ərizəsi ilə işdən ayrılmışdı.

aia.az
Geri dön