Ana Sayfa > Manşet / Ölkə > Ramil Usubov: "Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır"
Ramil Usubov: "Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır"2-07-2018, 09:46. Yazar: sevinc1 |
Azərbaycanda il ərzində 2 mindən çox cinayət açılır. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquq və azadlıqlarının pozulması, korrpusiyaya şərait yaradan və digər neqativ halların sayı nəzərə çarpacaq dərəcədə aşağı düşüb. aia.az-ın məumatına görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib. Nazir qeyd edib ki, son 15 ildə respublikada hər 100 min nəfərə ümumi cinayətlərin sayı, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma, oğurluqların, xuliqanlıqların sayı əksər Avropa ölkələri ilə müqayisədə az, bəzi hallarda isə dəfələrlə azdır: "Son 15 ildə 48 mindən çox axtarışda olan şəxs məhkəmə istintaq orqanlarına təhvil verilib. Cinayətlərin orta hesabla açılması 87 faiz təşkil edir. Qeydə alınan cinayətlərin təxminən 88 faizi heç bir ağır təhlükə törətməyən və az ağır cinayətlərdir”. R.Usubov qeyd edib ki, ölkədəki xalq-iqtidar birliyi sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində biri daha özünü göstərir. aia.az Geri dön |