Ana Sayfa > Parlament / Karusel > Daha bir tikinti şirkətinin rəhbəri axtarışa verilib
Daha bir tikinti şirkətinin rəhbəri axtarışa verilib1-07-2015, 08:49. Yazar: admin |
Azərbaycanda daha bir tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub Aia.az Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Qeyd edək ki, İ. Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır. 2015-ci ilin fevralında Baş Prokurorluq İ. Hüseynovun qanunsuz əməlləri və tutulması barədə məlumat yayıb. Bakı şəhər Baş Polis İdarəsi isə İ. Hüseynovun yenidən axtarışda olması barədə məlumat yayıb. Geri dön |