Ana Sayfa > Siyasət > Çavuşoğlu: Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil

Çavuşoğlu: Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil


29-06-2018, 14:53. Yazar: sevinc1
Çavuşoğlu: Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil


Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu, ilk növbədə İrana qarşı sanksiyalara aiddir.

Nazirin sözlərinə görə, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır:

“ABŞ-ın İrana sanksiya tətbiq etmə qərarı bütün regiona, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək”.

O həmçinin əlavə edib ki, İran Türkiyənin iqtisadi və strateji tərəfdaşıdır.

aia.az
Geri dön