Ana Sayfa > İdman > Dünya Çempionatı-2018: 1/8 finalın son cütlüyü Belçika və İngiltərə oldu
Dünya Çempionatı-2018: 1/8 finalın son cütlüyü Belçika və İngiltərə oldu29-06-2018, 09:04. Yazar: sevinc1 |
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun son oyunları keçirilib.aia.az xəbər verir ki, "G” qrupunda İngiltərə-Belçika, Panama-Tunis oyunları baş tutub. İngiltərə-Belçika yaşıl meydana qrup liderliyi uğrunda mübarizə üçün çıxmışdı. İlk dəqiqələrdən daha əzmli oyun keçirən Belçika 51-ci dəqiqədə hesabı açıb. Adnan Yanuzayın vurduğu qol oyunda yeganə olub. Beləliklə, 1:0 hesabı ilə qalib gələn Belçika qrup lideri kimi 1/8 finala çıxıb. Panama-Tunis oyununda isə tamaşaçılar 33-cü dəqiqədə qol görüb. Meriah avtoqol müəllifi olaraq Panamanı hesabda önə çıxarıb. Amma 51-ci dəqiqədə Ben Yussef fərqlənərək hesabı bərabərləşdirib. 66-cı dəqiqədə isə Khazri daha bir qol vuraraq oyunun taleyini həll edib. Oyun Tunisin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbəyə baxmayaraq, qrupdan 1/8 finala Belçika və İngiltərə milli komandaları çıxıb. aia.az Geri dön |