Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər > Onlar kimsəsiz deyillər
Onlar kimsəsiz deyillər29-06-2018, 08:52. Yazar: sevinc1 |
Bigəh Qocalar Evinin sakinlərinə Qətibə Əsədovanın rəhbərliyi altında çalışan səmimi və qayğıkeş kollektiv xidmət edir Bu gün Bakının Bilgəh qəsəbəsində, səfalı bir məkanda yerləşən bir müəssisə var ki, bura artıq uzun illərdən bəri kimsəsiz insanların son sığınacağına, son ümud yerinə çevrilib. El arasında daha çox Bilgəh Qocalar Evi kimi tanınan bu müəssisənin əsil adı isə, Müharibə və Əmək Əlilləri üçün Pansionatdır. Düzdür, yuxarıda da qeyd etdiyimiz kimi, bu pansionatın sakinləri əsasən yaxın və doğmaları olmayan və ya onlardan imtina edilmiş insanlardır. Amma bu da var ki, əslində Bigəh Qocalar Evinin sakinlərinə kimsəsiz sözünü heç yaraşdırmaq olmur. Çünki bu insanların arxasında ilk növbədə Azərbaycan dövləti durur və onlar dövlət qayğsını hər zaman tam dolğunluğu ilə hiss edirlər. Bu qayğını isə, pansionatın sakinlərinə bu müəssisədə Qətibə Əsədovanın rəhbərliyi altında çalışan səmimi və qayğıkeş kollektiv çatdırır. Bilgəh qocalar evi ömrünün ahıl vaxtında, doğmalarından və ailə üzvlərindən qayğıya, qulluğa ehtiyacları olan bir vaxtda, müxtəlif səbəblərdən bütün bunlardan məhrum olmuş insanlar üçün sözün əsil mənasında doğma evə çevrilib. Bəzi qocalar isə deyirlər ki, bundan sonra bir neçə il belə yaşasalar, bu artıq onlar üçün bütöv bir ömrə dəyər. Deyirlər, insan qocalanda ikinci dəfə uşaqlaşır. Kövrək, əsəbi, heç kimə tabe olmayan bir hala düşür. Bu pansionatda isə, onlar öz bildikləri kimi yaşayırlar. Qətibə xanıma da çox minnətdardırlar ki, dövlətimizin qayğısını daima onlara bariz şəkildə hiss etdirir. Buranın sakinləri artıq unudulmaq, biryolluq tərk edilmək, atılmaq qorxusunu unudaraq, özlərini qayğı əhatəsində, daimi olaraq gözəl yaşayış şəraiti, keyfiyyətli qidası, geyimi və tibbi xidmətləri olan doğma bir evdə hiss edirlər. Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpusun açılışı olub. Hazırda pansionatda 175 ahıl, müharibə və əmək veteranı yaşayır. Bu insanlar tam dövlət qayğısı ilə əhatə olunub. Pansionatda artıq ahıl insanların öz təqaüdlərini rahat ala bilmələri üçün bankomat da quraşdırılıb. Dövlətimizin bu müəssisənin sakinlərinə göstərdiyi daimi diqqət və qayğdan danışarkən, əlbəttə ki, Heydər Əliyev Fondunun bu yönümdə fəaliyyəti də xüsusi vurğulanmalıdır. Belə ki, Fondun əməkdaşları müntəzəm olaraq uşaq evləri və internat məktəbləri ilə yanaşı, Bigəh Qocalar evində yaşayan ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanırlar. Ümumiyyətlə həm dövlətimizin, həm də ayrı-ayrı qurum və şəxslərin təşəbbüsü ilə Müharibə və Əmək Əlilləri üçün Pansionatda demək olar bütün bayramlarda xeyriyyə tədbirləri keçirilir. Pansionatda böyük konsert proqramları təşkil edilir və sakinlərə bayram sovqatları hədiyyə olunur. Amma təbii ki, son nəticədə Pansionat sakinlərinin rifahı, xoş güzəranları bu müəssisədə çalışan kollektivin və onlara rəhbərlik edən Qətibə Əsədovanın əməyilə, onların öz işlərinə vicdanlı və məsuliyyətli yanaşmaları ilə təmin olunur. Məhz bu baxımdan da Pansionatın sakinləri hər zaman onların qayğlarına qalan, onların nazlarını çəkən kollektivdən razılıq edirlər. Təəssüflər olsun ki, bəzi media nümayəndələri hətta bu müəssisənin də fəaliyyətinin qiymətləndirilməsində bəzən obyektivlikdən uzaq olur, müəyyən məqsədləri naminə qeyri-səmimi, dəqiq olmayan informasiyaların yayılmasına yol verirlər. Unutmaq olmaz ki, barəsində yazdığımız bu mövzu bütün cəmiyyətin daim diqqət mərkəzində olan və həssaslığı ilə seçilən bir mövzudur. Buna görə də, Bigəh Qocalar evindən yazarkən bütün şəxsi ambisiyaları kənara atmaq və yalnız həqiqətləri ifadə etmək lazımdır. aia.az Geri dön |