Ana Sayfa > Manşet / Ölkə > Anomal istilər iyulun 2-dək davam edəcək - XƏBƏRDARLIQ

Anomal istilər iyulun 2-dək davam edəcək - XƏBƏRDARLIQ


28-06-2018, 16:56. Yazar: sevinc1
Anomal istilər iyulun 2-dək davam edəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Azərbaycanın rayonlarında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.



aia.az
Geri dön