Ana Sayfa > Aia TV > "Milli Beyonce" Şərqin atəşi Qərbin küləyi ilə qarşı qarşıya "Halikarnas Hall"da - Video

"Milli Beyonce" Şərqin atəşi Qərbin küləyi ilə qarşı qarşıya "Halikarnas Hall"da - Video


27-06-2018, 17:10. Yazar: sevinc1




Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi, pop-diva Aygün Kazımova, əfsanəvi "Yalla" və ötən əsrin 80-ci illərində məşhur "Boney M" qrupu yay mövsümünün təntənəli açılışı münasibətilə “Halikarnas Hall”da konsert verib.


aia.az-ın məlumatına görə, “Şərq Qərb küləyi” adlanan gecənin aparıcılığı şərqin divası Aygün Kazımova və xarizmatik Emin Musəviyə həvalə olunub.

Səhnəyə ilk olaraq Aygün Kazımova çıxıb.Tamaşaçının izlədiyi konsert proqramında müğənni sevilən mahnıları və rəqslərini nümayiş etdirib. Rəqs qrupunun müşayiəti ilə mahnılarını səsləndirən A.Kazımova alqışla qarşılanıb.

Konsertin ikinci hissəsində yay konserti Ukraynanın tanınmış "Foresight" şou-balet rəqs qrupunun qaynar rəqs nömrəsi ilə başlayıb. Daha sonra səhnəyə "Yalla" və "Boney M" çıxıb. Qruplarının mahnıları tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

A.Kazımovanın saç və makiyajı üzərində Qusik Simon çalışıb, obrazının bütün ideyası dizayner Rüfət İsmayıla məxsusdur. Geyimini isə "YES MODA EVİ"nin rəhbəri dizayner Yeganə Sadıxova hazırlayıb.

Qeyd edək ki , Aygün Kazımova konsertdə görünüşü ilə dünyaca məşhur müğənni Beyonsu xatırladıb.

aia.az


Geri dön