Ana Sayfa > Siyasət > Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi

Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi


27-06-2018, 16:03. Yazar: sevinc1
Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi


Azərbaycanlı deputatlar Qənirə Paşayeva və Ülviyyə Ağayeva AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.



Modern.az-ın məlumatına görə, AŞPA-da Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.



Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.



Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.



aia.az
Geri dön