Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı


27-06-2018, 12:05. Yazar: sevinc1
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırıldı


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban əliyevanın köməkçilərinin sayı artırılıb.



aia.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.



Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.



Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.



Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.



Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

aia.az
Geri dön