Ana Sayfa > Cəmiyyət > Metroda qadına hücum edən şəxs tutuldu

Metroda qadına hücum edən şəxs tutuldu


26-06-2018, 16:45. Yazar: sevinc1
Metroda qadına hücum edən şəxs tutuldu


Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun "Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

aia.az-ın DİN-in saytına istinadən məlumatına görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs -Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

aia.az
Geri dön