Ana Sayfa > Karusel / Cəmiyyət > DİN: Axtarışda olan 36 nəfər saxlanılıb

DİN: Axtarışda olan 36 nəfər saxlanılıb


26-06-2018, 16:39. Yazar: sevinc1
DİN: Axtarışda olan 36 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 104 cinayət faktından 22-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

aia.az
Geri dön