Ana Sayfa > Siyasət > NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı


25-06-2018, 15:46. Yazar: sevinc1
NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı


NATO-nun keçmiş baş katibi Xavyer Solana ABŞ-a vizasız rejim üçün icazə ala bilməyib.



Modern.az “El Pais” agentliyinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası tərəfinin tətbiq edilən yeni qaydalar buna səbəb olub.



Belə ki, yeni qaydalara əsasən 2011-ci ilin martın birindən İran, İraq, Suriya, Yəmən, Sudan və Somaliyə səfər etmiş şəxslərin ABŞ-s vizasız girişi qadağandır.



Avropa Birliyi üzvləri ABŞ ərazisinə 90 günlüyünə vizasız giriş edə bilərlər. Ancaq, bunun üçün öncə xüsusi anketi dolduraraq vizasız rejimə icazənizi yoxlamaq lazımdır.



Solana Brukinqs İnstitutunda çıxış etmək üçün bu proseduru keçib lakin rədd cavabı alıb.

İndi NATO-nun keçmiş baş katibinə İnstitutda çıxış etmək üçün viza almaq lazımdır.



Qeyd edək ki, yeni qaydalara əsasən adları çəkilən ölkələrə səyahət edən şəxslərə ölkəyə girişə yalnız viza aldıqdan sonra icazə veriləcək.
Geri dön