Ana Sayfa > İdman > Dünya Çempionatlarının unudulmaz REKORDLARI

Dünya Çempionatlarının unudulmaz REKORDLARI


25-06-2018, 15:34. Yazar: sevinc1
Dünya Çempionatlarının unudulmaz REKORDLARI




Rusiyada keçirilən 2018-ci il Dünya Çempionatı bütün planetin diqqətini özünə cəlb edib.



Modern.az planetin ən vacib futbol hadisəsi ilə bağlı keçmişdə qeydə alınan rekordları təqdim edir.



Əbədi rekord


Ötən əsrin ortalarında Cənubi Amerika komandaları bütün beynəlxalq turnirlərin favoriti sayılırdı. Amma fransız Jüst Fontenin bir çempionatda vurduğu 13 qolu Uruqvay, Braziliya və Argentina futbolçuları təkrarlaya bilməmişdi.



Bundan başqa, Dünya Çempionatında bir nəfərin bu qədər qol vurması da görünməmiş hadisə sayılır və bugünə qədər həmin rekord təzələnməyib. Həmin əlamətdar hadisə 1958-ci ildə İsveçdə keçirilən Dünya Çempionatında baş vermişdi. Buna qədər dizindən ağır zədə alaraq bir müddət müalicə alan futbolçu elə ilk matçda Paraqvayın qapısına 3 top vurmuşdu. Amma Fontenin ən parlaq matçı üçüncülük uğrunda Qərbi Almaniya ilə keçirilən oyun idi.

Futbolçu 6:3 hesabı ilə Fransanın xeyrinə başa çatan həmin görüşdə “poker”ə imza atmışdı.



Dünya Çepionatlarında kamerlar və televiziya


Yalnız indi futbol matçları HD kameralar vasitəsilə göstərilir və önəmli anlar yavaş təkrarlarla göstərilir. 1958-ci ilə qədər futbol matçları televiziya vasitəsilə göstərilmirdi. Maraqlıdır ki, ayrı-ayrı ölkələrdə milli çempionatlar televiziya vasitəsilə göstərilsə də, Dünya Çempionatının matçları bu sıraya daxil deyildi.

İki kinokamera, qeyri-dəqiq görüntülər və vaxt baxımından geriləmə (bir neçə dəqiqə) həmin dövr üçün tipik hadisə sayılırdı. Braziliya-İsveç (5:2) matçından sonra bu problem aradan qaldırılmağa başladı. Çünki məhz həmin matçda 17 yaşlı Pele debüt edərək, futbol azarkeşlərini oyunu ilə heyrətə saldı.



SSRİ futbolunun qızıl çağı


SSRİ yığmasını hokkey üzrə Dünya çempionatlarının çoxsaylı qalibi kimi tanıyırlar. Amma futbolda da sovet idmançıları uğur qazanmışdlar. 1966-cı il Dünya Çempionatında SSRİ futbolçularını favorit saymırdılar, amma buna rəğmən, İngiltərədə keçirilən Dünya Çempionatında onlar 4-cü yeri tutdular. Sovet İttifaqı qrup mərhələsində Şimali Koreya Respublikasını (3:0), İtaliyanı (1:0) və Çilini (2:1) məğlub etmişdi.



Dörddə bir final mərhələsində sovet futbolçuları macarlardan (2:1) güclü olsalar da, yarımfinalda Qərbi Almaniyaya 2:1 hesabı ilə məğlub olublar. Üçüncülük uğrunda matçda isə kommunist ölkəsinin futbolçuları Portuqaliyaya 1:2 hesabı ilə uduzmuşdular. SSRİ-nin ən sərrast oyunçusu Valeri Porukyan həmin turnirdə 4 top vurmuşdu.



Əfsanəvi Pele


Əksər ekspertlərin fikrincə, dünya futbolunun 1 nömrəli futbolçusu Pele Çempionatlarda 3 dəfə qalib olub. Bu göstəriciyə görə, o, ilk pillədə qərarlaşıb. Braziliyalı ilk dəfə 1958-ci ildə 17 yaşı olarkən dünya çempionu adı qazanmışdı. 1962-ci ildə Çilidə keçirilən Dünya Çempionatında da Pele öz yığması ilə qələbə qazanmışdı. Nəhayət, 1970-ci il Dünya Çempionatında o, 3-cü dəfə dünya çempionu adını qazanmışdı. Həmin turnirin finalında Braziliya yığması İtaliyanı 108 min tamaşaçı qarşısında 4:1 darmadağın edərək, növbəti dəfə dünya çempionu titulunu qazanmışdı. Dünya Çempionatı da daxil olmaqla, beynəlxalq turnirlərdə qaradərili ulduz 77 qola imza atıb.



Tanrının əli


Tarixin ən qalmaqallı qollarından birini 1986-cı ildə Dieqo Mradona vurmuşdu. İngiltərə ilə matçda o, rəqib qapısına əllə qol vurmuşdu. Argentinalının bu anını meydandakı minlərlə tamaşaçı, onarla fotoqraf və s. görmüşdü. Amma baş hakim Əli Ben Nasser qayda pozuntusu qeydə almaqdan imtina edərək, qolu hesaba almışdı. Matçdan sonra jurnalistin qolu hansı bədən üzvü ilə vurduğu barədə sualına Maradona “qismən Maradonanın başı, qismən də Tanrının əli ilə” cavabını vermişdi.

Həmin çempionatda Maradona və yoldaşlarının qarşısını kəsmək mümkün deyildi. Finalda Almaniya Federativ Respublikasını 3:2 hesabı ilə məğölub edən cənubi amerikalılar 3:2 hesablı qələbə qazanmışdı.



Cərimə və sındırılmış qapılar


Pley-off mərhələsində ehtisalar öz zirvəsinə çatırdı. 1994-cü ilin Dünya Çempionatında Bolqarıstan və Kamerun 1/8 final mərhələsində qarşılaşmışdı. Təşkilatçılar elə oyun sırasında qapıların torunu dəyişməyə məcbur olmuşdular. Həmin matç çoxlu sayda qırmızı və sarı vərəqələrlə yadda qalmışdı. Baş hakim Camal Əl-Şərif 2 qırmızı və 10 sarı kart göstərmişdi. Qalib müəyyən olunmayan matç əlavə vaxta və on bir metrlik cərimə zərbələrinə qədər uzanmışdı.

Həmin oyunda bolqarlar güclü oldu və yarımfinal mərhələsinə qədər irəliləyə bildi.


16 qol və 4 medal


Almaniya yığmasının hücumçusu Miroslav Kloze həmişə lazım olan zamanda lazım olan yerdə idi. Dünya Çempionatlarında özünəməxsus rekorda imza atan oyunçu 4 DÇ-də 16 qol vurmuşdu. Maraqlıdır ki, Kloze hər mundialda mütləq medallarla qayıdırdı.

2002-ci ildə o, gümüş medalla, 2006-cı ildə bürünc, 2010-cu ildə yenə bürünc və nəhayət 2014-cü ildə qızıl medallarla Dünya Çempionatını tərk etmişdi.

Ümumlikdə, yığmanın heyətində 137 oyun keçirən Kloze 71 qol vurmuşdu. Hazırda o, gənclər komandalarından birini məşqçi kimi çalışdırır.



DÇ-da vurulan ən tez qol


Tez vurulan qollar Dünya Çempionatı üçün nadir hadisə deyil. Amma 2002-ci ildə Türkiyə yığmasının hücumçusu Hakan Şükürün vurduğu qol rekord tezliyə malikdir. Futbolçu Cənubi Koreya müdafiəçilərinin uğursuz paslaşmasından sonra hesabı açmışdı. Ev sahibi koreyalılar gözlənilmədən çempionatın yarımfinalına qədər irəliləmişdi və bütün səylərinə baxmayaraq, 2:3 hesabı ilə məğlub olmuşdular.

Şükürə qədər ən tez qolu 1962-ci il Dünya Çempionatının 16-cı saniyəsində çex Baatslav Maşek vurmuşdu.

aia.az
Geri dön