Ana Sayfa > Siyasət > Xramçixin: Bakı səmada tam üstündür – Erməni KİV

Xramçixin: Bakı səmada tam üstündür – Erməni KİV


23-06-2018, 14:52. Yazar: sevinc1
Xramçixin: Bakı səmada tam üstündür – Erməni KİV



Azərbaycan səmada Ermənistandan tam üstündür.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. Onun sözlərinə görə, Rusiya mətbuatının Ermənistana Su-30SM təyyarələrinin satılmasıyla bağlı məlumatları yalnız Paşinyanın bu təyyarənin kabinəsində çəkdirdiyi foto ilə bağlıdır.

Xramçixin hələlik bu məsələdən başqa ortada heç bir real dialoqun olmadığını söyləyib.

O, Qarabağ konfliktinin sülh yoluyla həllinə inanmadığını deyib:

“Mən sülh yolu həll anlayışını başa düşmürəm. Sülh yoluyla həll tərəflərdən birinin ilk şərt irəli sürmədən kapitulyasiyasından ibarətdir. Mən hələlik tərəflərdən hansısa birinin müharibəsiz kapitulyasiyasını hiss etmirəm. Əgər 20 ildir tərəflərdən birinin fikri dəyişmirsə, bu, müharibənin olacağı deməkdir”.

aia.az
Geri dön