Ana Sayfa > Karusel / İqtisadiyyat > Deputat maaşların artırılmasını təklif etdi

Deputat maaşların artırılmasını təklif etdi


22-06-2018, 11:29. Yazar: sevinc1
Deputat maaşların artırılmasını təklif etdi


“Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. Bu, hardasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir. Çünki bu nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılmasını təklif edib.

“Bu il bir dəfə bu istiqamətdə artım baş verib. Ancaq yaxşı olardı ki, ən azı Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir dəfə də artım olsun. Çünki büdcədən maliyyələşən təşkilatlarda işləyən insanlarımızın əmək haqları çox azdır”.


aia.az
Geri dön