Ana Sayfa > Karusel / Ölkə > Azər­­­­­­bay­can sərhədində 2 əcnəbi tutuldu

Azər­­­­­­bay­can sərhədində 2 əcnəbi tutuldu


22-06-2018, 09:52. Yazar: sevinc1
Azər­­­­­­bay­can sərhədində 2 əcnəbi tutuldu


Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla da­vam etdirilir.

DSX-dən aia.az-a verilən məlumata görə, son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

17 iyun tarixində "Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb.

19 iyun tarixində "Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəy­yən edil­ib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.



aia.az
Geri dön