Ana Sayfa > Siyasət > “Nazirə qarşı təxribatdan söhbət gedə bilməz”
“Nazirə qarşı təxribatdan söhbət gedə bilməz”21-06-2018, 16:55. Yazar: sevinc1 |
“Uzun illər icra strukturunda işləyən biri kimi deyə bilərəm ki, burada nazirə qarşı təxribatdan söhbət gedə bilməz”. Bunu Modern.az-a Milli Məclisin Aqarar siyasət komitəsinin sədri Eldar İbrahimov bölgələrdəki pambıq tarlalarında baş verən zəhərlənmələrə münasibət bildirərkən deyib. Komitə sədri bu hadisələrlə bağlı aidiyyatı şəxslərlə əlaqə saxladığını bildirib: “Bəlli oldu ki, dərmanlama prosesinə də düzgün riayət edilib, yəni doza həddinin aşılması baş verməyib. Sadəcə, dərmanlardan istifadə qaydalarına riayət olunmayıb, fermerlər vaxtı düzgün seçməyib. Kolxoz, sovxoz dövrlərində sahələrin kənarında işçilər üçün süd, ayran qoyulurdu, temperaturun yüksək vaxtında insanları sahəyə çıxarmırdılar. Yəni burdan sahəni dərmanlayıb, ordan camaatı işə çıxartmırdılar. Bunu sadəcə məlumatsızlıqdan ediblər. Xəstəxanalara müraciət edənlərin hamısı yüngül zəhərlənənlərdir, şükürlər olsun ki, vəziyyəti ağırlaşan olmayıb. Sadəcə, maarifləndirmə işləri gücləndirilməlidir. Mən hesab edirəm ki, maariflənmə aparılmadığından belə hallar baş verib. Hadisə baş verən rayonlarda temperatur yüksəkdir. Bu cür istidə isə insanları sahəyə çıxarmaq olmaz”. Deputatın kütləvi zəhərlənmə halının əvvəllər müşahidə edilmədiyi fikirlərinə münasibəti belə olub: “O vaxt da olurdu. Sadəcə, Sovet dövründə internet, texnika bu dərəcədə sürətlə inkişaf etməmişdi ki, ucqar bir kənddə baş verən hadisədən xəbər tutaydıq. İndi bizim jurnalistlərimiz, informasiya saytlarımız bu cür xəbərləri göydə axtarırlar ki, manşet eləsinlər. Yəni bunun əleyhinə deyiləm, verilməlidir ki, insanlar məlumatlansın, maariflənsin. Yoxsa sovet dövründə də belə hallar yaşanırdı. Xatirimdədir, hamilə qadınları pambıq tarlalarında işləməyə qoymurdular ki, ana bətnində olan uşağa zərəri olar. İndi isə fermer deyir ki, mənim məhsulumu tez əkin, tez biçin. Bu da məsuliyyətsizlikdən irəli gəlir”. E.İbrahimov nazir İnam Kərmiovun Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyevin vəzifəsindən azad etməsini doğru qərar sayıb: “Bu yerində qərardır, düz edib. Demək bu İnam müəllimin işinə məsuliyyətlə yanaşmasından irəli gəlir. Təzə nazir bölgələrə səfər edir, yerlərdə insanlarla görüşür, onların şikayətlərini özlərindən dinləyir”. aia.az Geri dön |