Ana Sayfa > Karusel / Aia TV > Bodrumda qanlı GECƏ: Biznesmenlə müğənni qətlə yetirildi

Bodrumda qanlı GECƏ: Biznesmenlə müğənni qətlə yetirildi


21-06-2018, 14:08. Yazar: sevinc1
Bodrumda qanlı GECƏ: Biznesmenlə müğənni qətlə yetirildi


Türkiyədə Bodrumda əyləncə məkanın sahibinə qurulan pusquda iki nəfər öldü, dörd nəfər yaralanıb.

aia.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, ölən və yaralananlar içərisində məşhur müğənni də var.



Hadisə Bodrumun Barlar küçəsində bir əyləncə məkanının önündə meydana gəlib.

Bir maşında pusquda 4 nəfər İstanbul və Bodrumda gecə klubları işlədən Mehmet Ali Sürensoyun əyləncə məkanına girdiyi zaman ona atəş açmağa başlayıblar.



Nəticədə Sürənsoy və yanındakı müğənni Hacer Tülü ağır yaralanaraq xəstəxanada həyatını itirib.

Qalan dörd nəfərin isə yaralansa da həyatlarına təhlükə olmadığı bildirilir.



Kamera görüntülərinə baxan polis maşının nömrəsini nəzarətə götürərək onları Manisada həbs edib.



aia.az
Geri dön