Ana Sayfa > Aia TV > Renka: Məni RENKA edən pərəstişkarlarımın sevgisidir

Renka: Məni RENKA edən pərəstişkarlarımın sevgisidir


14-06-2018, 15:55. Yazar: sevinc1




Tanınmış rəqqasə Renkanın ölkədən getməsi barədə xəbərlər yayılıb. Buna səbəb isə saytların birində verdiyi açıqlama olub. Rəqqasənin aylar öncə verdiyi müsahibə sosial şəbəkədə gündəmə gətirilib və bildirilib ki, o artıq vətəni tərk edir.

aia.az-a məsələyə aydınlıq gətirmək üçün rəqqasə ilə əlaqə saxlayıb. Renka bildirib ki, ölkədən getmir: “Heç yerə getmirəm. Sadəcə bəzən adamı o həddə çatdırırlar ki, adam baş götürüb buralardan getmək istəyir. Hətta vaxt olub ki, qəti qərar vermişəm ki, Azətbaycandan getməliyəm. Amma vətənə olan sevgim bu istəyimin qarşısın alıb. Sevənlərim üzülməsin, heç yerə getmirəm. Çünki məni yaşadan, məni RENKA edən pərəstişkarlarımın sevgisidir”.

Xatırladaq ki, Renka söz-söhbətdən bezdiyi üçün ölkədən getməyə hazırlaşdığını demişdi.
Geri dön