Ana Sayfa > Karusel / Ölkə > Ölkədə nə qədər işsiz var? - Rəsmi
Ölkədə nə qədər işsiz var? - Rəsmi14-06-2018, 15:44. Yazar: sevinc1 |
Bu ilin iyunun 1-nə olan məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5103,5 min nəfər olub, onlardan 4850,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, cari il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1538,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,2 min nəfər, qeyri-dövlət sektorunda isə 651,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1504,6 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,8 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 21,6 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıb. 2018-ci il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 36,7 min nəfər olub, onların 36,7 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 347,4 manat olub. aia.az Geri dön |