Ana Sayfa > Parlament / Aia TV / Karusel > SOCAR: Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb
SOCAR: Qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb6-12-2015, 17:03. Yazar: admin |
Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanlardan yalnız birinin meyiti çıxarılıb. SOCAR-dan Oxu.Az-a bildirilib ki, bu, 1965-ci il təvəllüdlü Həsənov Ramiz Nüsrəddin oğlunun cəsədidir. R. Həsənovun cəsədi artıq ailəsinə təhvil verilib. Qeyd edək ki, R. Həsənovun cəsədi dekabrın 4-də gecə gəmilər vasitəsilə dənizdən çıxarılıb. “Bundan sonra heç bir cəsəd çıxarılmayıb” deyə məlumatda bildirilib. Xatırladaq ki, qəza nəticəsində itkin düşmüş 1975-ci il təvəllüdlü Həsənov Zaur Vahid oğlunun cəsədinin çıxarılması barədə məlumat həqiqətə uyğun deyil. Geri dön |