Ana Sayfa > Manşet / Ölkə > Qəbələdə sel fəsadlar törətdi, FHN 77 nəfərə yardım etdi

Qəbələdə sel fəsadlar törətdi, FHN 77 nəfərə yardım etdi


13-06-2018, 10:28. Yazar: sevinc1
Qəbələdə sel fəsadlar törətdi, FHN 77 nəfərə yardım etdi


Qəbələ rayonunda sel fəsadlar yaradıb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 11 iyun 2018-ci il tarixində Qəbələ rayonunun, Tikanlı və Bum kəndləri ərazisindən keçən "Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.​

aia.az
Geri dön