Ana Sayfa > Manşet / Cəmiyyət > Balakəndə 680-dən çox evi su basdı, 8 körpünü sel apardı

Balakəndə 680-dən çox evi su basdı, 8 körpünü sel apardı


12-06-2018, 14:36. Yazar: sevinc1
Balakəndə 680-dən çox evi su basdı, 8 körpünü sel apardı


Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib.

aia.az "Report"a istinadən xəbər verir ki, kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilib. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb.

Çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb. Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.

Dəyən ziyan araşdırılır.



aia.az
Geri dön