Ana Sayfa > Gündəm / Manşet / Karusel / Seçilənlər > FHN: İtkin düşənlər barədə Türkmənistan və İran məlumatlandırılıb

FHN: İtkin düşənlər barədə Türkmənistan və İran məlumatlandırılıb


6-12-2015, 16:05. Yazar: admin
FHN: İtkin düşənlər barədə Türkmənistan və İran məlumatlandırılıb
FHN-in yanğınsöndürən gəmiləri hazırda yanğının söndürülməsi işlərini həyata keçirir

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

APA-nın məlumatına görə, faciə ilə bağlı keçirilən mətbuat konfransında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri polkovnik Adil Abdullayevlə canlı bağlantı yaradıb və son məlumatları alıb.

Məlumata görə, bildirib ki, FHN-in 2 yanğınsöndürən gəmisi, eyni zamanda SOCAR və bp şirkətlərinə məxsus daha 3 gəmi hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.

İtkin düşənlərin axtarışı da davam edir. Axtarışa FHN-in bir təyyarəsi, 3 helikopteri, eyni zamanda Dövlət Sərhəd Xidmətinin 4 helikopteri cəlb olunub.

Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb.

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

FHN-dən o da bildirilir ki, hava şəraiti dalğıcların axtarış prosesinə qoşulmasına imkan vermir.
Geri dön