Ana Sayfa > Karusel / Ölkə > Uşağı döyən müəllim qovuldu, bağça bağlandı - Video
Uşağı döyən müəllim qovuldu, bağça bağlandı - Video11-06-2018, 15:22. Yazar: sevinc1 |
Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb. Bağçadan Axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib. “Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb”, - bağçadan bildirilib. Qeyd edək ki, bu gün Azxəbər.com saytı “Kids Studio” bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb. aia.az [media=https://www.youtube.com/watch?time_continue=59&v=a-X_PSt6Xcg] Geri dön |