Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Saatlıda zəhərlənərək Bakıya gətirilən pambıqçıların vəziyyəti normaldır

Saatlıda zəhərlənərək Bakıya gətirilən pambıqçıların vəziyyəti normaldır


11-06-2018, 14:41. Yazar: sevinc1
Saatlıda zəhərlənərək Bakıya gətirilən pambıqçıların vəziyyəti normaldır



Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərləndiyi üçün Bakıya gətirilən 4 xəstənin səhhəti normaldır.

Bu barədə Trend-ə Respublika Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

A.Maqsudov müdiri bildirib ki, həmin xəstələr şöbəyə yerləşdirilib və müalicə olunur: "Səhhətləri normaldır. Hələlik nəzarət altında saxlayırıq. Ola bilsin ki, sabah günün ikinci yarısında evə buraxılsınlar. Xəstələrin diaqnozuna zəhərlənmə də demək olmaz. Sadəcə özlərini pis hiss ediblər, zəhərləndiklərini düşünüblər, ona görə bura gətiriliblər. Biz də qulluqlarında dururuq, müalicə edirik".

Xatırladaq ki, iyunun 10-da axşam saatlarında Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində zəhərlənmə diaqnozu ilə 24 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Saatlı rayon Mərkəzi Xəstəxanasından Trend-ə bildiriblər ki, onlardan 4 nəfərin vəziyyəti qənaətbəxş olmadığı üçün Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib:

"Zəhərlənənlərdən 2 nəfərin səhhəti normallaşdığı üçün öz istəyi ilə evə - ambulator müalicəyə buraxılıb, 18 nəfər isə hazırda xəstəxanadadır. Xəstəxanada olanlardan iki nəfərin müalicəsi davam etdirilir, 16 nəfərin vəziyyəti isə stabil və qənaətbəxşdir. Həmin 16 nəfər yəqin ki, günün sonuna kimi evə buraxılacaq".

Xəstəxanadan deyiblər ki, işçilərin zəhərlənməsinin səbəbləri də məlum olub: "Kimyəvi maddədən zəhərlənmədir. Pambıq sahəsində alaq otları və başqa hansısa həşərata qarşı dərman vurulub. İşçilər də həmin sahədə zəhərləniblər".

aia.az
Geri dön