Ana Sayfa > Manşet / Şou-biznes > “Xəzər”i də “Naz Lifan”ın aqibəti gözləyə bilərmi? - Nazir müavinindən AÇIQLAMA

“Xəzər”i də “Naz Lifan”ın aqibəti gözləyə bilərmi? - Nazir müavinindən AÇIQLAMA


11-06-2018, 09:55. Yazar: sevinc1
“Xəzər”i də “Naz Lifan”ın aqibəti gözləyə bilərmi? - Nazir müavinindən AÇIQLAMA




“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün məmurlara səslənərək, onları “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”,- deyə bildirmişdi.



Bu çıxışdan sonra “Naz Lifan” almağa axışan məmurların sayı o qədər çoxaldı ki, zavodun icraçı direktoru Musa Abdullayev “Sifarişlər həddən artıqdır, çatdıra bilmirik” açıqlamasını verdi. Amma çox keçmədən, 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırıldığına dair məlumatlar gəldi. Həmin vaxt Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı.



Ötən həftə isə Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərinin təqdimatı keçirildi. Sabahdan etibarən satışa çıxarılacaq avtomobilləri eyni aqibət gözləyə bilərmi?




Modern.az-ın bu sualını iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov cavablandırıb. N.Səfərov saytımıza açıqlamasında bildirib ki, hər bir layihənin müəyyən şərtlər daxilində yaşama hüququ var:

“Əgər istehsal effekt vermirsə, layihənin davam etdirilməsi əbəsdir. Bunlar bir qədər daha mürəkkəb, daha çox investisiya yatırımı, səy tələb edən məsələlərdir. Zavod SKD 0 prinsipi əsasında qurulub. Bu o deməkdir ki, digər SKD 1 və SKD 2 istehsal prinsiplərindən fərqli olaraq, burda tam istehsal təmin olunur. Bununla da Azərbaycanda maşınqayırma sənayesi sahəsində yeni texnologiyalar və müasir avadanlıqlar tətbiq olunur. Bizim tətbiq etdiyimiz texnologiya bahalı olsa da, nəticədə avtomobilin maya dəyərini ucuzlaşdırır. İkincisi, bizim avtomobillərin istehsalı zamanı daşınma xərcləri azdır. Bu da maya dəyərinə təsir edən əsas amillərdəndir”.



Nazir müavinin sözlərinə görə, daxili bazarda olan avtomobillər “Xəzər” avtomobillərilə müqayisədə 30 faizədək bahadır:

“Çindən gətirilən avtomobillərin ən ucuzu 22 min manatdan başlayır. Bizdə isə qiymətlər 14 min manatdan başlayır. Eyni zamanda, ilin sonunadək aşağı sinif avtmobillərin istehsalını nəzərdə tutumuşuq. Ona görə də zavodumuzun tam gücü ilə fəaliyyətə başlamasından sonra istehsalı daha da artıracağına inanırıq. Əksini düşünmürük”.

aia.az
Geri dön