Ana Sayfa > Manşet / Dünya > Tramp həyat yoldaşı ilə bağlı açıqlama verdi

Tramp həyat yoldaşı ilə bağlı açıqlama verdi


9-06-2018, 13:57. Yazar: sevinc1
Tramp həyat yoldaşı ilə bağlı açıqlama verdi


ABŞ prezidenti Donald Tramp jurnalistlərə G7 sammitinə həyat yoldaşı və birinci ledi Melaniya Trampın gələ bilməmə səbəblərini açıqlayıb.



Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp sammitə getməmişdən öncə jurnalistlərə bu barədə açıqlama verib.



“O, bunu istəyirdi və gəlməli idi. Lakin gözündə 4 saat davam edən böyük əməliyyat keçirib. Hazırda o, bunun öhdəsindən çox yaxşı gəlir. Həkimlər ona bir ay uçmağa icazə verməyib” – Tramp bildirib.



Qeyd edək ki, aprelin 26-da birinci ledinin 48 yaşı tamam olub.

aia.az
Geri dön