Ana Sayfa > Parlament / Aia TV / Karusel > Azərbaycanda dəhşətli qəza: Bir ailənin 4 üzvü ölüb
Azərbaycanda dəhşətli qəza: Bir ailənin 4 üzvü ölüb6-12-2015, 15:17. Yazar: admin |
Faktla bağlı araşdırma aparılır. Biləsuvarda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Aia.az -ın APA-ya istinadən məlumatına görə, hadisə dekabrın 6-da günorta saatlarında Ələt-Astara magistaralının rayonun Aşağı Cürəli kəndindən keçən hissəsində qeydə alınıb. Biləsuvar rayonunun Təzəkənd kənd sakini Mansur Bayramovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn yanacaq daşıyan qoşqulu yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində minik avtomobilinin yararsız vəziyyətə düşməsi ilə yanaşı, həmçinin onun sərnişinləri olan bir ailənin dörd üzvü - 29 yaşlı Tərlan Bayramov, onun həyat yoldaşı, 29 yaşlı Günay Bayramova, uşaqları 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerindəcə dünyasını dəyişiblər. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış avtomobilin sürücü isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin versiya kimi qəzanın “VAZ-21015”-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Geri dön |