Ana Sayfa > Manşet / Parlament > Əcnəbi vətəndaşı aldadaraq 77 min manatını alan qadın tutuldu - BAKIDA
Əcnəbi vətəndaşı aldadaraq 77 min manatını alan qadın tutuldu - BAKIDA8-06-2018, 15:01. Yazar: sevinc1 |
İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77.000 manatını aldığını bildirib. Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb. Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. aia.az Geri dön |