Ana Sayfa > Siyasət > Bəxtiyar Sadıqov: Paşinyan seçkiöncəsi erməni xalqına elə qeyri-real vədlər verib ki, indi nə danışdığını bilmir
Bəxtiyar Sadıqov: Paşinyan seçkiöncəsi erməni xalqına elə qeyri-real vədlər verib ki, indi nə danışdığını bilmir8-06-2018, 14:59. Yazar: sevinc1 |
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiöncəsi erməni xalqına elə qeyri-real vədlər verib ki, indi nə danışdığını bilmir. aia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, N.Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin də tərəf kimi iştirak etməli olduğunu deməsi onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlardan xəbəri olmadığını göstərir: "Paşinyan deyir ki, onun hüquqi və mənəvi baxımdan qondarma rejimin adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Çünki guya bu qondarma rejim "prezidenti, parlamenti olan müstəqil ölkə"dir. Belə olan halda sual yaranır: əgər qondarma rejim "müstəqil ölkə"dirsə, nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir? Əgər həqiqətən də “müstəqil ölkə”dirsə, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Ümumiyyətlə, Paşinyan seçkiöncəsi erməni xalqına elə qeyri-real vədlər verib ki, indi nə etdiyini, nə danışdığı bilmir". Deputat qeyd edib ki, Ermənistan N.Paşinyanın yürütdüyü siyasətlə də uçuruma davam edir: "Paşinyan kimilərinin hakimiyyətə gələndə verdiyi vədlərlə sonradan bu vədlərə uyğun gəlməyən əməllərini çox görmüşük. Paşinyan hakimiyyətə gəlmək üçün bütün oyunlardan, hoqqabazlıqlardan çıxdı və müəyyən dəstək nəticəsində istəyinə nail oldu. O, hakimiyyətə erməni xalqına xidmət etmək üçün deyil, özündən əvvəlkilər kimi, erməni xalqını çapıb talamaq yolu ilə varlanmaq məqsədilə gəlib. Paşinyan xalqa elə qeyri-real vədlər verib ki, bu gün onun heç birini yerinə yetirə bilmir". aia.az Geri dön |