Ana Sayfa > Cəmiyyət / Manşet / Karusel > “Cahangir Hacıyev Kürdəxanıya köçürüldü

“Cahangir Hacıyev Kürdəxanıya köçürüldü


5-12-2015, 22:32. Yazar: admin

Bu gün barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.

Aia.az Anspress-ə istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən C.Hacıyev Kürdəxanı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

Qeyd edək ki, daha öncə ”Qafqazinfo”nun əldə etdiyi məlumat əsasında sabiq bankir haqda Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham elan edildiyi məlum olub.
Geri dön