Ana Sayfa > Ölkə > Prezident Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayırıb
Prezident Göyçay çayı üzərində körpünün bərpasına 3,5 milyon manat ayırıb7-06-2018, 17:23. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb. aia.az-ın məlumatına görə, M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb. aia.az Geri dön |