Ana Sayfa > Gündəm / Aia TV / Karusel > “Polis haqqında” qanunda dəyişiklik edildi

“Polis haqqında” qanunda dəyişiklik edildi


5-12-2015, 22:18. Yazar: admin

Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 2015-ci il 4 dekabr tarixli 30-VQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinə normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat verilməsi tapşırılıb.

Sərəncama əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.
Geri dön