Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanın dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib

Azərbaycanın dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib


5-06-2018, 17:25. Yazar: sevinc1
Azərbaycanın dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib


Qusarda sərhəd zastavasının yaxınlığında silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, iyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.


Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

aia.az
Geri dön