Ana Sayfa > Gündəm / Manşet / Karusel > “Günəşli” yatağından xilas edilənlərin sayı artdı – YENİLƏNİB + FOTO
“Günəşli” yatağından xilas edilənlərin sayı artdı – YENİLƏNİB + FOTO5-12-2015, 21:56. Yazar: admin |
Xilasetmə işləri davam edir. “Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri nəticəsində daha 1 nəfər xilas olunub. Aia.az xəbər verir ki, bu barədə baş vermiş hadisə ilə bağlı yaradılmış qərargahdan bildiriblər. Beləliklə, xilas edilənlərin sayı 34 nəfərə çatıb. Əməliyyat davam etdirilir. 17:37 "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə və axtarış tədbirləri davam etdirilir. Aia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ilə bağlı SOCAR, Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayacağı gözlənilir. Hadisə baş verən zaman özüldə 63 nəfər olub. Onların böyük əksəriyyəti hadisə zamanı ehtiyat qayıqlara toplaşıblar. Hadisə ilə bağlı "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan verilən məlumata görə, indiyə qədər qayıqlardan və platformadan 33 nəfər xilas olunub, bir nəfər isə həlak olub. Reuters agentliyi isə xəbər yayıb ki, “Günəşli”də 32 nəfər həlak olub. 15:55 “Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 29 nəfər xilas edilib. Aia.az xəbər verir ki, bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilasetmə işləri davam edir. 14:40 “Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 25-dən artıq şəxs xilas edilib. Aia.az-ın xəbərinə görə, bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. Xilas edilənlər arasında xəsarət alan yoxdur. Xilasetmə işləri davam edir. SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər. Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub. Özülün rəisi Allahverdi Məmmədovdur. 13:43 Hazırda “Günəşli” yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır. Aia.az-ın APA-ya istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib. Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub. SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər. Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Geri dön |