Ana Sayfa > Gündəm > Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı proqnozu üstələyib
Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları ilə bağlı proqnozu üstələyib5-06-2018, 16:07. Yazar: sevinc1 |
Bu ilin ilk beş ayı ərzində Azərbaycan dövlət büdcəsinə gömrük daxilolmaları 1 323 milyon manat olub. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Komitə sədri qeyd edib ki, bu göstərici həmin müddət üçün verilən proqnozu 37 faiz üstələyib: “2018-ci ilin yanvar-may aylarında gömrük daxilolmaları ilə bağlı proqnoz 964 milyon manat olub. Bu onu ifadə edir ki, biz proqnozu 359 milyon manat və ya 37 faiz üstələmişik”. Qeyd edək ki, 2018-ci il üçün dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manatdır. aia.az Geri dön |