Ana Sayfa > İdman > Dünya Çempionatına görə Braziliyada iş saatları dəyişdirildi

Dünya Çempionatına görə Braziliyada iş saatları dəyişdirildi


5-06-2018, 15:24. Yazar: sevinc1
Dünya Çempionatına görə Braziliyada iş saatları dəyişdirildi



Braziliyada dövlət işində işləyənlər matça baxmaq üçün işdən getməyə icazə verilib.



aia.az “Sovetskiy Sport”a istinadən xəbər verir ki, bu qərar ölkənin icra hakimiyyətinin rəsmi nəşri olan “Diario Oficial da Uniao” nəşrində yerləşdirilib.



Bu qərara səbəb Rusiya ilə saat fərqi olub. Məsələ burasındadır ki, Rusiya vaxtı ilə təyin olunmuş matçlar Braziliyada günorta saatlarına tən gəlir. Buna görə də işləyən əhali bu maçlara baxa bilməyəcək. Bu qərar isə həmin problemi aradan qaldırır.



Qeyd edək ki, futbol üzrə 2018-ci ilin dünya çempionatı iyunun 14-dən iyulun 15-nə kimi Rusiyada keçiriləcək.



aia.az
Geri dön