Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI
Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI4-06-2018, 14:26. Yazar: sevinc1 |
Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir. Modern.az-ın əldə etdiyi məlumata görə, Göygöl, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir. Bunlar aşağıdakılardır: Ağsu rayonu üzrə: Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq; Astara rayonu üzrə: Kakalos kəndi- Qamışovka kəndi adlandırılacaq; Göygöl rayonu üzrə: Xanlar qəsəbəsi – Ağdağ qəsəbəsi adlandırılacaq; Mixayılokva kəndki – Bənövşəli kəndi adlandırılacaq; Xızı rayonu üzrə: Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç kəndi – Safbulaq kəndi adlandırılacaq; Qazax rayonu üzrə: Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi - Balaçaylı kəndi adlandırılacaq; Qusar rayonu üzrə: Şirvanovka kəndi - Şirvanlı kəndi adlandırılacaq; Masallı rayonu üzrə: Kalinovka kəndi - Viləş kəndi adlandırılacaq; Oğuz rayonu üzrə: Astaraxanovka kəndi – Çayqovuşağı kəndi adlandırılacaq; Saatlı rayonu üzrə: Qarayev kəndi – Orta Muğan kəndi adlandırılacaq; Samux rayonu üzrə: Əlibayramlı kəndi – Sarıqaya kəndi adlandırılacaq. aia.az Geri dön |