Ana Sayfa > Qərbi Azərbaycan / Aia TV / Karusel > Xanımlar, diqqət! Abortdan sonra bu fəsadlar yarana bilər

Xanımlar, diqqət! Abortdan sonra bu fəsadlar yarana bilər


3-12-2015, 13:25. Yazar: admin
Xanımlar, diqqət! Abortdan sonra bu fəsadlar yarana bilər
Abort hamiləliyin xüsusi üsullarla sonlandırılmasıdır. Abort qadının arzusu ilə hamiləliyin 10-cu həftəsinə qədər qanuni olaraq tətbiq edilə bilər. Evli qadınlarda abort etdirərkən həyat yoldaşları da imzalı razılıq verməlidirlər. Təxminən 10-15 dəqiqə davam edir. Müdaxilə bitdikdən sonra xəstəyə antibiotik verilməsi lazımdır. Bəs abortdan sonra nə kimi ağırlaşmalar ola bilər? Aile.lent.az bu suala cavab tapmağa çalışıb.


İnfeksiya və qanama riski

Təcrübəli həkim tərəfindən həyata keçirildiyi təqdirdə abort zamanı risklər yox dərəcəsindədir. Ehtimal olunan ağırlıqlar infeksiya və qanamadır. Tək-tək hallarda qarşıya nadir ağırlaşma halları da çıxa bilər. Müdaxilədən dərhal sonra menstruasiya miqdarından daha artıq bir qanama baş verərsə, uşaqlıda zəiflik və ya yırtılma ehtimal edilərsə, ona uyğun müalicələr başlanmalıdır. Digər ağırlaşma halı isə uşaqlıqda deşik ehtimalıdır ki, bu da tezliklə aşkarlanıb qarşısı alına bilən haldır.


Asherman sindromu inkişaf edə bilər

Qeyri-peşəkar tərəfindən abort edildikdə bəzən iltihablanma və ya həddən artıq qanama nəticəsində uşaqlığın iki təbəqəsi arasında yapışqanlıq yaranır. Buna “Asherman sindromu” deyilir. Bu sindrom inkişaf etdikdə xəstənin yenidən hamilə qalma ehtimalı çox azalır. Müalicəsi histeroskopik cərrahiyyə yolu ilə yapışqanların açılmasıdır.


Diqqət!

Abort bir ailə planlaması deyil. İstənilməyən hamiləliyin qarşısını almaq üçün əvvəlcə müasir ailə planlaması üsullarını dolğun bir formada tətbiq etmək lazımdır.
Geri dön