Ana Sayfa > Aia TV > Röyanın "Ummadığım Anda"sı - 1 milyon

Röyanın "Ummadığım Anda"sı - 1 milyon


1-06-2018, 11:22. Yazar: sevinc1



Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan türkiyəli məşhur müğənni və bəstəkar Yıldız Tilbenin repertuarından olan “Ummadığım anda” mahnısına çəkdirdiyi klipi təqdim edib.

aia.az xəbər verir ki, ifaçının ifa etdiyi əsər “Youtube” portalında ən çox baxılan videolar siyahısındadır. Sözləri və musiqisi Yıldız Tilbeyə məxsus bəstə ifaçının rəsmi səhifəsində 1 milyon artıq insan izləyib.



Qeyd edək ki, “Ummadığım Anda” adlı mahnıya çəkilişləri Bakıda və Türkiyədə baç tutan ekran işinin rejissoru Orçun Mutludur. Mahnının arajimanı Selim Çaldırana aiddir. Klipdə sevilən ulduzun tərəf müqabili azərbaycanlı model Nuru Əhmədovdur.

aia.az


Geri dön