Ana Sayfa > Manşet / Siyasət > BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi
BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi1-06-2018, 11:12. Yazar: sevinc1 |
İyunun 1-dən etibarən bir ay ərzində BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçir. AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, TŞ-nın daimi üzvü olan Rusiyanın sədrliyi ilə ilk iclasın elə bu gün Nyu-Yorkda keçirilməsi planlaşdırılır. İclasda BMT TŞ-nın yaxın bir ay ərzindəki iş proqramının təsdiq olunması gözlənilir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, qlobal sülh və təhlükəsizliyin qorunması çərçivəsində, hazırda ən çox münaqişələrin qeydə alındığı Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət iyun ayında TŞ-nın diqqət mərkəzində olacaq. Qeyd edək ki, Rusiya sonuncu dəfə 2016-cı ildə BMT TŞ-na sədrlik edib. aia.az Geri dön |