Ana Sayfa > Karusel / Cəmiyyət > Masallıda 27 yaşlı oğlanı ildırım vurdu

Masallıda 27 yaşlı oğlanı ildırım vurdu


31-05-2018, 17:01. Yazar: sevinc1
Masallıda 27 yaşlı oğlanı ildırım vurdu



Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.



Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

aia.az
Geri dön